Yuxarı

Bakıda vahid kartlardan bütün avtobuslarda istifadə olunacaq

Nəqliyyat Nazirliyi açıqlama verib

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin bir qismində artıq kart sistemi tətbiq olunub. Tezliklə paytaxtın digər ictimai nəqliyyat vasitələrində də vahid gediş haqqı istifadə olunacaq. 

"Report"un xəbərinə görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. 

Nazir müavini bildirib ki, yeni sistem insanlara rahatlıq yaradır: "Bundan başqa, avtobuslara minib-düşmənin sürətini artırır. Bu da avtobusların dayanacaqlarda daha az dayanmasına səbəb olur”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi