Bakıda Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin iclası keçirilib

Bakıda Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin iclası keçirilib İclasda Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti və digər qurumların təmsilçiləri iştirak ediblər
İnfrastruktur
8 Noyabr , 2016 20:15
Bakıda Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin iclası keçirilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsində “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycanın Dövlət Statistika Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində idarəetmə komitəsinin III iclası keçirilib.

“Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən verilən xəbərə görə, iclasda Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski, Dövlət Statistika Komitəsi, İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Azərbaycanda İnstitusional Quruculuq Proqramına Dəstək Layihəsi (SİBA), Almaniya Federal Statistika İdarəsi və Bolqarıstan Milli Statistika İnstitutunun təmsilçiləri iştirak ediblər.

Benefisiar ölkə tərəfindən layihə rəhbəri, Dövlət Statistika Komitəsinin statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Avropa İttifaqına üzv olan dövlətlər tərəfindən layihə rəhbəri, Almaniyanın Statistika İdarəsinin mütəxəssisi Rinqo Raupax tərəfindən layihənin gedişi barədə ümumi məlumat verilib.

İclasda layihənin komponent rəhbərləri tərəfindən görülən işlərə dair hesabatlar dinlənilib. Layihənin dördüncü rübü ərzində planlaşdırılan işlərin yerinə yetirilməsi müzakirə edilib, qarşıda duran məsələlərin və nəzərdə tutulan tədbirlərin vaxtında, keyfiyyətlə yerinə yetirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Tədbirdə qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi