Yuxarı
    Bağlamaq

    Bakıda Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Qurultayı keçiriləcək

    Dövlət ​Şəhərsalma və Arxitektura Komitəsində Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndələri ilə görüş keçirilib

    Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri, Türkiyənin ətraf mühit və şəhərsalma nazirinin müavini Mehmet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə "Report"a komitənin mətbuat xidmətindən məlumat verilib.

    Qonaqlar əvvəlcə komitənin inzibati binasında yerləşən Bakı şəhərinin mərkəzi hissəsinin maketi ilə də tanış olublar və onlara Bakı şəhərinin mərkəzi hissəsində həyata keçirilmiş layihələr barədə məlumat verilib.

    Komitə sədrinin müavini Dövlətxan Dövlətxanov Komitənin yaranma tarixi, fəaliyyəti və görülmüş işlər barədə qonaqlara məlumat verib.

    Nümayəndə heyətinin rəhbəri Mehmet Ceylan Türk Dünyası Mühəndislər və Memarlar Birliyi barədə danışaraq bildirib ki, 15 il öncə yaradılan Birlik dövlət və özəl sektorun təmsilçilərini özündə cəmləşdirir və Birliyin hazırda Azərbaycan da daxil olmaqla, 36 ölkədə təmsilçiliyi mövcuddur. Hər iki ildən bir Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalama Qurultayı keçirən Birliyin növbəti qurultayının 2016-cı ildə Bakıda keçirilməsi nəzərdə tutulub. O qeyd edib ki, 2016-cı ili Heydər Əliyev ili elan edən Birlik Azərbaycanda müxtəlif tədbirlər keçirməyi planlaşdırıb.

    Sonra Türk Dünyası Qurultayları Baş Koordinatoru İlyas Demirci Birliyin gördüyü işlərdən danışıb və Bakıda keçiriləcək beşgünlük qurultayın proqramı və keçiriləcək silsilə tədbirlər barədə ətraflı məlumat verərək bu qurultayın yüksək səviyyədə keçirilməsi üçün çalışacaqlarını bildirib.

    Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi