Bakıda daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin rolu mövzusunda beynəlxalq tədbir keçirilir

Bakıda daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin rolu mövzusunda beynəlxalq tədbir keçirilir Tədbir BMT-nin Avropa İqtisadi Komissiyası ilə birgə təşkil olunub
İnfrastruktur
29 Oktyabr , 2015 11:19
Bakıda daşınmaz əmlak idarəçiliyində sahəvi reyestrlərin rolu mövzusunda beynəlxalq tədbir keçirilir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə BMT-nin Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupu və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlığı çərçivəsində "BMT-nin AİK regionu üzrə daşınmaz əmlak torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu" mövzusunda beynəlxalq tədbir başlayıb.

"Report" xəbər verir ki, tədbir BMT-nin AİK-ə üzv olan 56 dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, İsveçrə, İtaliya, Portuqaliya, İrlandiya, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Rusiya, Norveç və digər ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilir.

Beynəlxalq təşkilatların, elm və təhsil müəssisələrinin, habelə özəl sektorun nümayəndələri də tədbirə qatılıb. AİK nümayəndələri olan Beynəlxalq Mərzçəkənlər Federasiyasının prezidenti Krissi Potsiou, Avropa Daşınmaz Əmlak İnformasiya Xidmətinin icraçı direktoru Rik Vauters və AİK-in Meşə, daşınmaz əmlak və mənzil təsərrüfatı İdarəsinin direktoru Marko Keyner də tədbirdə iştirak ediblər. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Milli Məclisin İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə tədbirdə çıxış ediblər.

Daha sonra AİK-in Mənzil təsərrüfatı və daşınmaz əmlakın idarə edilməsi Komitəsi ilə canlı telekörpü yaradılıb və Komitənin sədri Yelena Szolgayova tədbirə qoşulub. O, AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun fəaliyyətindən danışıb.

Beynəlxalq tədbirdə Azərbaycan, Almaniya, Sloveniya, Böyük Britaniya, Norveç, Danimarka, Yunanıstan, Finlandiya, Avstriya, Niderland, Ukrayna, Rusiya, Xorvatiya, İsveç, Moldovadan olan nümayəndələrin daşınmaz əmlak idarəçiliyi, sahəvi reyestrlərin yaradılması və təkmilləşdirilməsi ilə bağlı çıxış və təqdimatları olub.

Tədbir iki gün davam edəcək. Toplantı çərçivəsində "Google" texnologiyaları və mümkün peyk təsvirlərin inteqrasiyası vasitəsilə torpaqların qiymətləndirilməsi və monitorinqini həyata keçirmək üçün sərbəst və açıq mənbə proqramı təminatı" mövzusunda peşəkar dərslərin keçirilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi