Yuxarı

​Bakıda təmirə bağlanmış yollardan biri açılıb

Şəfayət Mehdiyev küçəsinin bir hissəsində təmir işləri yekunlaşıb

Bakı. 28 may. REPORT.AZ/ Təmir-tikinti işlərinin aparılması ilə əlaqədar bağlı olan akademik Şəfayət Mehdiyev küçəsinin Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə kəsişməsindən general Akim Abbasov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində işlər artıq yekunlaşıb. "Report"un "Azeyolservis"ASC-yə istinadən verdiyi xəbərə görə, bu gündən küçənin bu hissəsində nəqliyyatın hərəkəti tam bərpa olunub.

Təmir olunmuş hissənin uzunluğu 510 metr, eni isə 18 metrdir. Ümumilikdə sözügedən ərazinin 10 min kv. metr sahəsinə yeni asfalt beton örtüyü döşənib. Bundan başqa, yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdirilib, yağış barmaqlıqları yenilənib, səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub. Təmir olunmamış hissə də daxil olmaqla küçəyə 3 min paqon metr səki daşı düzülüb.

Küçənin digər hissəsi, yəni Akim Abbasov küçəsinin kəsişməsindən Tbilisi prospektinin kəsişməsinədək olan hissəsində hələlik hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti mahdudlaşdırılır. Bu ərazidə yeni asfal-beton örtüyünün döşənməsi işlərinə start verildikdə sözügedən hissə tam olaraq bağlanacaq. Qeyd edək ki, bu hissənin uzunluğu 1 200 metr, eni 18 metrdir. Anoloji işlər bu ərazidə də həyata keçiriləcək.

Ş.Mehdiyev küçəsinin ümumi uzunluğu 1 700 metrdir. Ümumilikdə küçə boyu 30 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi