Yuxarı
    Bağlamaq

    Bakıda taksi şirkətlərindən biri vahid tarif tətbiq edib

    Məbləğdən artıq ödəniş alan sürücü cərimələnəcək

    Bakı. 3 may. REPORT.AZ/ Bakıda yeni fəaliyyətə başlayan "Region taxi" şirkəti standart tarif rejiminə keçib. "Report"un şirkətdən əldə etdiyi məlumata görə, şirkətin daxili qaydada taksiləri üçün tətbiq etdiyi tariflə əlaqədar sərnişinlərə ünvanladığı müraciətdə bildirilir ki, müştərilər onların gedəcəyi kilometraja uyğun şəkildə müəyyən edilən rəqəmdən 1 qəpik belə artıq ödəyəcəkləri halda, taksilərin salonunda qurulan kameralar vasitəsilə bu hal təsbit olunarsa, taksi sürücüsü cərimələnəcək.

    "Bu addım sırf müştərilərdən daxil olan bəzi narazılıqlar səbəbindən atılıb. Aidiyyəti dövlət qurumu tərəfindən vahid tarif tətbiq olunana qədər daxili qaydada təyin olunan tariflər müştərilərdən yuvarlaqlaşdırılmadan alınacaq", - deyə şirkətin nümayəndəsi əlavə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi