​Bakıda son 15 ildə özəlləşdirilən mənzillərin sayı açıqlanıb

​Bakıda son 15 ildə özəlləşdirilən mənzillərin sayı açıqlanıb Rəqəmlərdə azalma qeydə alınıb
İnfrastruktur
6 Aprel , 2016 15:52
​Bakıda son 15 ildə özəlləşdirilən mənzillərin sayı açıqlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Son illər Bakı şəhərində mənzil fondunun özəlləşdirilməsi sayında azalma qeydə alınıb.

Bu barədə "Report"a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

2000-ci ildə özəlləşdirilən mənzillərin sayı 8,8 min ədəd olduğu halda, 2014-cü ildə bu göstərici 3,2 min ədəd olub.

Özəlləşdirilən mənzillərin sayı ən çox 2005-ci ildə (10,4 min ədəd) olub.

Ən aşağı göstərici 2012-ci ildə (2,9 min ədəd) qeydə alınıb.

2013-cü özəlləşdirilən mənzillərin sayı 3,6 min ədəd olub.

Özəlləşdirilən mənzillərin ümumi sahəsində də azalma qeydə alınıb. 2000-ci ildə özəlləşdirilən mənzillərin ümumi sahəsi 484,4 min kv.m. olub. Ən yüksək rəqəm 2005-ci ildə (678,6 min kv.m.) qeydə alınıb. 2014-cü ildə isə özəlləşdirilən mənzillərin ümumi sahəsi 193,3 min kv.m olub.  

Son xəbərlər

Orphus sistemi