Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb

Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb Cavid Qurbanov İran İslam Respublikası Dəmir Yolları İdarə Heyətinin üzvü ilə görüşüb
İnfrastruktur
2 Noyabr , 2015 20:02
Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla İran İslam Respublikası Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha arasında görüş keçirilib.

Bu barədə "Report"a “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycan dəmiryolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

C. Qurbanov bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya - Yaxın Şərq arasında dəmiryolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Görüşdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı müzakirələr aparılıb. İlk mərhələdə Astaraçay üzərində olan körpünün layihələndirilməsinin təkmilləşdirilməsi, Rəşt-Astara xətinin maliyyə mənbələrinin təyin edilməsi və digər texniki məsələlər müzakirə olunub.

Daha sonra İİR Dəmir Yolları İdarə Heyətinin üzvü Abbas Haj Fathaliha çıxış edərək bildirib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycan və İran arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcək

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi