Bakıda sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib

Bakıda sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib Xəbərdarlığı Bakı Nəqliyyat Agentliyi edib
İnfrastruktur
14 Dekabr , 2016 11:58
Bakıda sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edilib

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakı Nəqliyyat Agentliyi (BNA) havanın kəskin dəyişməsi ilə əlaqədar, yolların buz bağlayacağını nəzərə alaraq, paytaxtın inzibati ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib. Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında 141 saylı qərarına əsasən, daşıyıcıların vəzifə və öhdəlikləri təkrar onların diqqətinə çatdırılıb. Həmçinin, Agentlik sürücülərə tövsiyə edib ki, qarşıdakı günlərdə meteoroloji vəziyyəti nəzərə alaraq avtonəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.

Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsi məqsədə uyğundur.

Qarlı və şaxtalı günlərdə Bakı Nəqliyyat Agentliyi yarana biləcək çətinliklərin operativ aradan qaldırılması məqsədi ilə gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi