Yuxarı
    Bağlamaq

    Bakıda Rusiyanın "Ка-32А11ВС" helikopterlərinin Türkiyəyə tədarükünə imkan verəcək sənəd imzalanıb

    Memorandum tərəflər arasında bu sahədə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır

    Bakı. 31 may. REPORT.AZ/ Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakıda yerləşən qərargahında Dövlətlərarası Aviasiya Komitəsi (DAK) və Türkiyənin Mülki Aviasiya Baş Direktorluğu arasında uçuşa yararlıq sahəsində Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb. 

    Dövlətlərarası Aviasiya Komitəsindən "Report"a verilən məlumata görə, memorandum tərəflərin mülki hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş standartların və prosedurların qarşılıqlı öyrənilməsi üzrə uzunmüddətli fəaliyyətinin nəticəsidir. Sözügedən memorandum tərəflər arasında bu sahədə əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

    "Memorandum tərəflərin hava gəmilərinin sertifikasiyası üzrə DAK-ın Aviasiya Registri və Türkiyə Mülki Aviasiya Baş Direktorluğnun Uçuşa Yararlılıq Departamenti tərəfindən hazırlanan İş prosedurlarının imzalanması niyyətini təsbit edir. Bu, Rusiyanın "Ка-32А11ВС" helikopterlərinin Türkiyəyə tədarükü layihəsini reallaşdırmağa imkan verəcək. Türkiyə tərəfinin layihədə marağı bir daha təsdiq edilib. "Ка‑32А11ВС" helikopteri DAK-ın Aviasiya Registri və Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) etibarlı sertifikatına malikdir. Bunun da sayəsində helikopter Avropanın və dünyanın bir çox ölkəsində uğurla istismar olunur. Son vaxtlar onun "yanğınsöndürən" variantı xüsusilə tələb olunandır. Tərəflər istər uçuşa yararlılıq, istərsə də uçuşların təhlükəsizliyinin təmin olunması üzrə digər sahələrdə gələcək səmərəli əməkdaşlığa əminliklərini ifadə ediblər", - məlumatda qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi