Yuxarı

Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir - VİDEO

Bakıda qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir 916

Bakının Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeyri-adi görünüşə malik yerüstü piyada keçidi inşa edilir. 

İnşaat işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. 

Bununla bağlı "Report"a açıqlama verən Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyadalar üçün bu ərazidə hərəkət etmək, yolu keçmək həmişə problem olub və mütəmadi olaraq təmsil etdiyi quruma şikayətlər ünvanlanıb. Buna görə də, piyada keçidinin tikilməsinə qərar verilib. 

"Keçidin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır. Tblisi prospekti üzərindən hər birinin uzunluğu 70,9 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,3 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir. Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb. Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrikli pandusların qoyulması nəzərdə tutulub", - o qeyd edib. 

A.Nəcəfli onu da deyib ki, 2018-2019-cu illərdə Bakıda və onun ətrafında, magistrallar yollarda 7 yerüstü və yeraltı piyada keçidi inşa edilərək istifadəyə verilib: "Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan da bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi