Yuxarı
    Bağlamaq

    Bakıda Olimpiya stadionuna doğru sıxlıq yaranıb

    Ərazidə bir neçə istiqamətdə yollarda tıxac yaranıb

    Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin bir neçə küçə və prospektlərində "Koroğlu" metro stansiyasına doğru nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 

    "Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, sıxlıq əsasən hazırda Mikayıl Əliyev küçəsi, Qara Qarayev prospekti və Ziya Bünyadov prospektindən Olimpiya stadionuna doğru ("Koroğlu" m/st. yaxınlığında) müşahidə edilir. 

    Bundan başqa, Koroğlu Rəhimov küçəsi, Tbilisi prospekti (Nəqliyyat Nazirliyinin qarşısı), Abbasqulu ağa Bakıxanov küçəsi (Türkiyə Səfirliyi istiqamətində) və Afiyəddin Cəlilov küçəsində avtomobillər ləng hərəkət edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi