Bakıda nəqliyyat vasitələrinə texniki baxış müasir ölçü cihazları ilə aparılıb

Bakıda nəqliyyat vasitələrinə texniki baxış müasir ölçü cihazları ilə aparılıb Bu barədə elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılıb
İnfrastruktur
24 İyul , 2017 19:46
Bakıda nəqliyyat vasitələrinə texniki baxış müasir ölçü cihazları ilə aparılıb

Bakı. 24 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Bakı şəhər şöbəsi Müfəttişliyin “Səyyar Xidmət” qrupu ilə birlikdə “Azərsu” ASC-nin balansında olan traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirib.

Nazirlikdən "Report"a daxil olan məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışı zamanı tüstüyə operativ nəzarət portativ cihazı, mexaniki nəqliyyat vasitələrinin sükan idarəetməsinin boşluğunun ölçü cihazı, yoldasınama üsulu ilə tormoz sisteminin effektivliyinin ölçü cihazı kimi müasir cihazlardan istifadə edilib.

Texniki baxışa təqdim edilən nəqliyyat vasitələrinin texniki vəziyyətinin dövlət standartlarının və digər normativ-hüquqi aktların tələblərinə uyğunluğu yoxlanılıb və nəticədə həmin nəqliyyat vasitələrinə dövlət texniki baxışdan keçməsinə dair akt tərtib edilərək, dövlət texniki baxış talonu verilib. Bu barədə elektron daşıyıcılarda müvafiq qeydiyyat aparılıb.

Həmçinin, nəqliyyat vasitələrinin mülkiyyətçilərinə müəyyən edilmiş müddətdə dövlət texniki baxışından keçmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, “fiziki şəxslərin 50 manat məbləğində, vəzifəli şəxslərin 100 manat məbləğində, hüquqi şəxslərin 300 manat məbləğində cərimə edilməsi” məsələsi izah edilib.

Son xəbərlər

Orphus sistemi