Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün günorta saatlarında Bakı şəhərində yaranan kəskin duman Bakı aeroportunun iş qrafikinə təsir etməyib. Bu barədə "Report"a Heydər Əliyev Hava Limanından məlumat verilib.
"Paytaxtdakı dumana baxmayaraq, Heydər Əliyev Hava Limanında heç bir uçuş təxirə salınmayıb, yola düşən və qəbul olunan bütün aviareyslər qrafikə uyğun həyata keçirilir”, - deyə aeroportdan qeyd olunub.