Yuxarı

Bakının mikrorayonlarında köhnə binalar söküləcək

Tikinti şirkətlərinə bu layihədə iştirak etmələri tövsiyə olunur

Bakı. 16 fevral. REPORT.AZ/ “Bakıda yeni tikinti layihəsi həyata keçiriləcək". “Report” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov sahibkarlarla görüşündə deyib.

O bildirib ki, Bakının doqquz mikrorayonunda bəzi 5, 7 və 9 mərtəbəli köhnə binaların yerinə yeni binaların tikilməsi ilə bağlı konsepsiya hazırlanıb: “Həmin binalarda yaşayan sakinlər yeni mənzillərə köçürüləcək. Tikinti şirkətlərinə bu layihədə iştirak etmələri tövsiyə olunur”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi