Bakıda mənzil kirayəsi ucuzlaşıb

Bakıda mənzil kirayəsi ucuzlaşıb Çoxotaqlı mənzillərdə fevralda qiymət azalması 4% olub
İnfrastruktur
11 Mart , 2016 14:58
Bakıda mənzil kirayəsi ucuzlaşıb

Bakı. 11 mart. REPORT.AZ/ Bu ilin fevral ayı ərzində Bakı şəhərinin kirayə mənzil bazarında təklif edilən birotaqlı mənzillərin orta təklif qiyməti 195 dollar/ay təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1,6% çoxdur.

"Report"un “MBA Ltd.” konsaltinq şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata əsasən verdiyi xəbərə görə, ikiotaqlı mənzillərdə aylıq 2% azalma qeydə alınıb və 309 dollar/ay olub. Bakıda üçotaqlı kirayə mənzillərin aylıq qiyməti 420 dollar/ay təşkil edib ki, bu da öz növbəsində aylıq müqayisədə 1,2% bahadır. Ümumilikdə, çoxotaqlı mənzillərdə qeydə alınan qiymət azalmasını da nəzərə alaraq, aparılan araşdırmalar nəticəsində kirayə mənzil bazarında təklif edilən qiymətlərdə 4% azalma müşahidə edilib və qiymət 320 dollar/ay təşkil edib. 

Ümumilikdə, kirayə mənzil bazarında təklifin həcmi 9,4% artıb. Yanvar ayında təkliflərin ümumi sayı 305 olduğu halda, bu rəqəm fevralda 333 təşkil edib. Qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə 20% çoxalıb. Son bir il ərzində bazara kirayə üçün təklif edilən mənzillərin maksimal sayı 2015-ci ilin sentyabr ayında qeydə alınıb.

Ötən aylarda olduğu kimi, fevralda da təklif edilən mənzillərin əksər hissəsi Nəsimi, Nərimanov və Yasamal rayonlarında qeydə alınıb və onların ümumi payı 68,9% təşkil edib. Təklif üzrə ən az paya isə Xəzər və Suraxanı rayonları sahib olub.

İngilis versiyası Rental housing drops in Baku

Son xəbərlər

Orphus sistemi