Yuxarı

​Bakıda magistral su xəttində qəza baş verib

Bu gün qəsəbənin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bakı. 17 mart. REPORT.AZ/ Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində qəza baş verib.

“Report” “Azərsu” ASC-nin mətbuat xidmətinə istinadən bildirir ki, baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb.

Bununla əlaqədar martın 17-də gün ərzində qəsəbənin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Azərsu” yaranan narahatlıqla bağlı abonentlərdən üzr istəyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi