Yuxarı
    Bağlamaq

    Bakıda Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb

    Yeni mərkəz Lökbatan dairəsi istiqamətində tıxac və ləngimələrin aradan qalxmasına kömək edəcək

    Bakı. 21 fevral. REPORT.AZ/ Lökbatan Nəqliyyat Mübadilə Mərkəzi artıq hazırdır. Bakı Nəqliyyat Agentliyi (BNA) yerli və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanan "Hablar konsepsiyası" çərçivəsində daha bir layihəni uğurla reallaşdırıb. 

    "Report" xəbər verir ki, bu açıqlamanı BNA-nın maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev yayıb. 

    "Lökbatan  dairəsi ətrafında Nəqliyyat Mübadilə Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd paytaxtın cənub qapısında keyfiyyətli, səmərəli və təhlükəsiz nəqliyyat sistemi modelini formalaşdırmaqdır. Gün ərzində Qaradağ rayonunun qəsəbələri və şəhərin mərkəzindən müntəzəm sərnişindaşıma xidməti göstərən 14 marşrut üzrə 70-80 ədəd orta və iritutumlu avtobusun daxil olduğu Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində sərnişinlərin rahatlığı nəzərə alınaraq 5 dayanacaq pavilyonu quraşdırılıb", - deyə M.Ağayev qeyd edib. 

    M.Ağayevin sözlərinə görə, Lökbatan Nəqliyyat Mübadilə Mərkəzinin yaradılmasını şərtləndirən digər vacib məqam dairə yaxınlığından müəyyən intervallarla ölkənin müxtəlif şəhər və rayonlarına ümumilikdə 50-60 ədəd kiçik və iritutumlu avtobusların hərəkət etməsi, həm də taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sərnişindaşıma xidməti göstərməsidir: "Bununla yanaşı, Lökbatan dairəsi istiqamətində müntəzəm sərnişindaşıma xidməti göstərən müxətlif növ nəqliyyat vasitələrinin pərakəndə və xaotik hərəkəti sərnişinlərin həyatı üçün ciddi təhlükə yaradırdı. Xüsusi ilə yol kənarında dayanacaq və gözləmə məntəqələrinin olmaması səbəbindən vətəndaşlar avtobusların xidmətindən istifadə etmək üçün yolun müxtəlif hissələrində dayanırdılar. Belə olduğu halda, avtobus və taksilər sərnişinlərin minib-düşməsinə ciddi təhlükə yaratmaqla bərabər, günün gur vaxtlarında tıxaclara və nəqliyyat ləngimələrinə səbəb olurdular".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi