Bakıda iki yeni avtobus marşrutu açılıb

Bakıda iki yeni avtobus marşrutu açılıb "Baku-Bus" fəaliyyətini genişləndirir
İnfrastruktur
5 Oktyabr , 2015 12:31
Bakıda iki yeni avtobus marşrutu açılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ “Baku-Bus” MMC-nin 6 və 8 saylı marşrut avtobusları fəaliyyətə başlayıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a daxil olan xəbərə görə, 6 saylı marşrut avtobusunun hərəkət cədvəli “Azadlıq” metro stansiyası – Ak.H.Əliyev küçəsi-Tbilisi prospekti-"Lider" televiziyası-“Elmlər Akademiyası” m/st.-“İçərişəhər” m/st.-20-ci sahə olacaq.

8 saylı marşrut avtobusunun marşrutu isə “Azadlıq” m/st.-S.Vurğun küç.-Heydər Əliyev Sarayı-“28 May” m/st. olacaq.

Hərəkət istiqaməti Şəhidlər Xiyabanı-“Elmlər Akademiyası” m/st.-Koroğlu parkı-“Gənclik” m/st.-“N.Nərimanov” m/st.-"Montin" bazarı olan əvvəlki 6 saylı marşrut avtobusu 63 nömrəsi ilə əvəzlənib. Yəni, əvvəlki 6 saylı marşrut avtobusu artıq 63 saylı marşrutla sərnişinlərə xidmət göstərir.

Son xəbərlər

Orphus sistemi