Bakıda iki əsas küçədə işıqforun fazalarında dəyişiklik edilib

Bakıda iki əsas küçədə işıqforun fazalarında dəyişiklik edilib NİİM bunu paytaxtda avtomobil sıxlığının qarşısını almaq məqsədilə həyata keçirib
İnfrastruktur
6 Mart , 2015 10:41
Bakıda iki əsas küçədə işıqforun fazalarında dəyişiklik edilib

Bakı. 6 mart. REPOERT.AZ/ Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxtda avtomobil sıxlığının qarşısını almaq məqsədilə Mətbuat prospekti ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki işıqforun fazalarında (işıqlarının yanma müddəti) dəyişiklik edib.

Bunu "Report"a NİİM-in mətbuat xidmətindən bildiriblər. Məlumata görə, bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən qarşısını alıb.

"Belə ki, A.Şərifzadə küçəsindən Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan tıxacların qarşısını almaq məqsədi ilə işıqforların qeyd olunan küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb. Bundan başqa, işıqforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat vasitələrinə yaratdığı maneələr də aradan qaldırıb", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi