Yuxarı
    Bağlamaq

    Bakıda iki avtomobil yolunda sürət həddi aşağı salınıb

    Yağışlı hava şəraitinə görə əsas iki istiqamətdə maksimal sürət 20 km/saat azaldılıb

    Bakı. 2 dekabr. REPORT.AZ/ Bakı şəhərində müşahidə olunan yağışlı və dumanlı hava şəraiti ilə əlaqədar avtonəqliyyatın hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə iki avtomobil yolunda sürət həddi aşağı salınıb. 

    Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan məlumata görə, Böyükşor-Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yolda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, bir zolaqda 100 km/saatdan 80 km/saata, axırıncı zolaqda isə 80 km/saatdan 60 km/saata endirilib.

    "Eyni zamanda, Zığ dairəsi-Aeroport avtomobil yolunda sürət həddi iki zolaqda 120 km/saatdan 100 km/saata, axırıncı zolaqda isə 100 km/saatdan 80 km/saata endirilib" - BNA-nın xəbərində qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi