Yuxarı
    Bağlamaq

    Bakıda güclü külək dayanacaq pavilyonu və qoruyucu çəpərləri sındırıb

    Hadisə ötən gün güclü külək nəticəsində baş verib

    Bakı. 27 fevral. REPORT.AZ/ Ötən gün Bakıda müşahidə edilən güclü külək nəticəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində Bakı Nəqliyyat Agentliyinin (BNA) quraşdırdığı bir dayanacaq pavilyonuna və hərəkətin təhlükəsizliyi üçün quraşdırılan qoruyucu çəpərlərə ziyan dəyib. BNA-dan "Report"a daxil olan məlumata görə, küləkli hava şəraitinə görə həmin gün ərazidə təmir bərpa işlərinin aparılması mümkün olmayıb. Artıq BNA-nın balansında olan dayanacağın, eləcə də qoruyucu çəpərlərin bərpası istiqamətində iş aparılır.

    "Sosial şəbəkə istifadəçiləri tərəfindən fotoşəkilləri paylaşılan və 20 Yanvar dairəsi yaxınlığında qəzalı vəziyyətə düşən dayanacaq pavilyonuna gəlincə isə bildirmək istəyirik ki, sözügüdən pavilyon BNA-nın balansında olmadığından, onun təmiri və ya yenisi ilə əvəz edilməsi də Agentliyin səlahiyyətinə aid deyil. Lakin BNA məsələ ilə bağlı dayanacaq pavilyonunun aid olduğu müvafiq dövlət qurumunu məlumatlandırıb. Yaxın vaxtlarda bu qəzanın nəticələri də müvafiq dövlət qurumu tərəfindən aradan qaldırılacaq", - deyə BNA-nın məlumatında qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi