Bakıda gömrük əməkdaşları üçün regional seminar keçirilir

Bakıda gömrük əməkdaşları üçün regional seminar keçirilir Seminar Ümumdünya Gömrük Təşkilatının ekspertləri tərəfindən aparılır
İnfrastruktur
24 Noyabr , 2015 16:01
Bakıda gömrük əməkdaşları üçün regional seminar keçirilir

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində “Gömrük idarələrinin hüquq-mühafizə fəaliyyətinin təşkili və həyata keçirilməsinin metodları üzrə Kompendium"a dair seminar işə başlayıb. Bu barədə "Report"a Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Əfqanıstan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Moldova və Ukrayna gömrük xidmətlərinin nümayəndələri iştirak edirlər.

Seminarın açılış mərasimində çıxış edən DGK-nin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə Baş İdarəsinin rəisi Güloğlan Muradlı gömrük idarələrinin hüquq-mühafizə fəaliyyətinin təşkili və həyata keçirilməsinin metodları üzrə ÜGT-nin 2011-ci ildən başlanan təşəbbüsündən danışıb.

Bildirilib ki, seminarda məqsəd hüquqpozma predmeti kimi götürülən əmlakın səmərəli şəkildə idarə edilməsi barədə tədbirlər toplusunun və qabaqcıl təcrübənin öyrənilməsi, təcrübə mübadiləsinin təşviqi, qabaqcıl təcrübənin tətbiqinə dəvət və bu təlim materiallarını milli səviyyədə gündəlik hüquq-mühafizə proseduralarına daxil etmək üçün gömrük əməkdaşlarının biliklərini artırmaqdır.

Üç gün davam edəcək seminar zamanı “Risklərin qiymətləndirilməsi, təhlili və praktiki tapşırıqlar”, “Yerli qanunvericilik, təcrübə və proseduralar haqqında plenar sessiya”, “Götürülmüş malların göndərilməsi, saxlanması və barəsində sərəncam verilməsi ”, “Məlumat mübadiləsi”, “Digər təşkilatlarla razılaşdırılmış əməkdaşlıq”, “Dəlillərin növləri”, “Cinayət işlərinin idarə olunması” və digər mövzularda iştirakçılara bilgi veriləcək.

Seminar ÜGT-nin ekspertləri tərəfindən aparılır. 

Son xəbərlər

Orphus sistemi