Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycanda "Formula-1" yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyunun 23-25-də paytaxtda baş tutacaq Azərbaycan Qran-prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirilməsi ilə bağlı trekin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Şirkətdən "Report"a daxil olan məlumata görə, Xəqani küçəsinin Azadlıq prospekti ilə Rəşid Behbudov küçəsi arasındakı hissəsi iyunun 3-ü səhər saat 05:00-dan iyunun 4-ü gecə saatlarınadək bağlı olacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.