Bakıda əsas küçə və prospektlər buz bağlayıb, sıxlıq yaranıb

Bakıda əsas küçə və prospektlər buz bağlayıb, sıxlıq yaranıb Avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görülür
İnfrastruktur
23 Noyabr , 2016 09:11
Bakıda əsas küçə və prospektlər buz bağlayıb, sıxlıq yaranıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Azərbacyanda ötən gecədən başlayaraq və hazırda da müşahidə edilən soyuq şaxtalı hava şəraiti  ilə əlaqədar bu gün səhər saatlarından Bakının bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) "Report"a daxil olan xəbərə görə, hazırda Böyükşor qovşağından 20 Yanvar dairəsi istiqamətində, xüsusən də, Ziya Bünyadov prospektində yerləşən körpülər və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var. 

Yolların buz bağlaması nəticəsində analoji vəziyyət A.M.Şərifzadə küçəsində də müşahidə edilir. Bununla yanaşı, 20 Yanvar dairəsindən Tbilisi prospekti istiqamətində, Yusif Səfərov küçəsində (şəhər mərkəzi istiqamətində) və Babək prospektində (mərkəz istiqamətində) də avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Hazırda BNA  müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə yollarda avtonəqliyyat vasitələrinin intensiv və təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirə salınmaz tədbirlər görür. 

Son xəbərlər

Orphus sistemi