Yuxarı
    Bağlamaq

    ​Bakıda əsas işlək yollardan biri bağlanıb

    Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyyə olunur

    Bakı. 24 aprel. REPORT.AZ/ Bu gün saat 11:00-dan etibarən 20 Yanvar dairəsində - Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

    Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

    Qeyd edilir ki, həmin yolda hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. İşlər başa çatanadək sürücülərdən alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi