Yuxarı

Bakıda ekspress avtobus marşrutlarına dəyişiklik edilib

6 belə marşrut yenisi ilə əvəz edilib

Bakı. 19 iyun. REPORT.AZ/ İyunun 20-21-də Bakıda 6 ekspress avtobus marşrutlarına ("X14", "X15", "X16", "X18", "X19", "X20") müəyyən dəyişikliklər ediləcək.

"Report"un Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən verdiyi məlumata görə, iyunun 20-də saat 05:30-dan 21:00-dək və iyunun 21-də saat 03:30-dan 21:00-dək velosiped yarışı ilə əlaqədar Bakıda bütün mərkəzi küçələr (Ü.Hacıbəyli küçəsi, Bülbül prospekti, R.Zorge küçəsi, R.Behbudov küçəsi, Neftçilər prospekti, Z.Əliyeva küçəsi, Ə.Əliyev küçəsi, İstiqlaliyyət prospekti, Lermontov küçəsi, T.Elçin küçəsi, M.Hüseyn küçəsi, Parlament prospekti, Landau küçəsi, A.A.Bakıxanov küçəsi, S.Vurğun küçəsi, Ş.Bədəlbəyli küçəsi, İnşaatçılar prospekti və H.Cavid prospekti) bağlı olacaq.

Həmin saatlarda bu ekspress avtobuslar "28 May" və "Elmlər Akademiyası" metro stansiyalarından deyil, Azneft dairəsindən heç bir dayanacaqda durmadan xidmət göstərəcəklər. Tamaşaçılara Azneft dairəsindən yaxın olan "İçəri Şəhər" metro stansiyasından istifadə etmələri tövsiyə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi