Bakıda əksər yollarda yolgöstərici xətləri yenidən rənglənir

Bakıda əksər yollarda yolgöstərici xətləri yenidən rənglənir Bu işlər bəzi yollarda axşamadək, digərlərində səhərədək davam edəcək
İnfrastruktur
20 Aprel , 2017 10:40
Bakıda əksər yollarda yolgöstərici xətləri yenidən rənglənir

Bakı. 20 aprel. REPORT.AZ/ Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədar olaraq Yasamal rayonu Salamzadə küçəsində müvafiq işlər aparılır.

“Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

"Analoji işlər bu axşam saat 22:00-dan etibarən Yasamal rayonu Tbilisi və İnşaatçılar prospektlərində də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol" sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi