​Bakıda dəmiryolçuların həmkarlar ittifaqı təşkilatları ilə bağlı beynəlxalq seminar keçirilir

​Bakıda dəmiryolçuların həmkarlar ittifaqı təşkilatları ilə bağlı beynəlxalq seminar keçirilir Tədbir iki gün davam edəcək
İnfrastruktur
30 Sentyabr , 2015 11:01
​Bakıda dəmiryolçuların həmkarlar ittifaqı təşkilatları ilə bağlı beynəlxalq seminar keçirilir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə beynəlxalq seminar işə başlayıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun “Report”a verdiyi xəbərə görə, seminarda Beynəlxalq Əmək Təşkilatı, Nəqliyyatçıların Beynəlxalq Federasiyası, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası, MDB və Baltikyanı ölkələrin nəqliyyat işçilərinin 15 həmkarlar ittifaqı təşkilatının nümayəndələri iştirak edirlər. 

Tədbiri giriş sözü ilə Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov açıb və seminarın işinə uğurlar arzulayıb.

Seminarın əsas mövzusu transmilli şirkətlərdə və şəxsi müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının (BƏT-in 87 və 98-ci konvensiyalarının icrası) yaradılmasıdır. Seminarın gündəliyinə "BƏT-in 87 və 98-ci konvensiyalarının əhəmiyyəti, təcrübə və reallaşdırma problemləri" (məruzəçi - BƏT-in nümayəndəsi Sergius Qlovatskas), "Nəqliyyatçıların Beynəlxalq Federasiyasının 43-cü konqresinin yekunları, onun qərar və qətnamələrinin həyata keçirilməsi proqramı" (məruzəçi - Nəqliyyatçıların Beynəlxalq Federasiyasının baş katibi Stiven Kotton) və "Postsovet ölkələrinin dəmir yollarında həyata keçirilən hüquqi-təşkilati dəyişikliklərin sahə həmkarlar ittifaqı hərəkatına təsiri" (məruzəçi - Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının baş katibi Qennadi Kosolapov) mövzularında məruzələr də daxil edilib.

Qeyd edək ki, tədbir iki gün davam edəcək.

Son xəbərlər

Orphus sistemi