Bakıda dəmir yolu sahəsində beynəlxalq seminar keçirilir

Bakıda dəmir yolu sahəsində beynəlxalq seminar keçirilir Tədbir iki gün davam edəcək
İnfrastruktur
3 May , 2016 09:31
Bakıda dəmir yolu sahəsində beynəlxalq seminar keçirilir

Bakı. 3 may. REPORT.AZ/ Bakıda “Sərnişinlər, yüklər və təhlükəli yüklər: KOTIF və əlavələrin tətbiqi və yerinə yetirilməsi üsulları” adlı seminar keçirilir. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, tədbirdə "Pakistan Dəmir Yolları" SC, "Gürcüstan Dəmir Yolu" SC, "Türkiyə Dövlət Dəmir Yolları", "Ukrayna Dəmir Yolu", "Railway Working Group" şirkəti, Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi, Dəmir Yolu ilə Beynəlxalq Yük Daşımaları üzrə Hökumətlərarası Təşkilat (OTIF), Beynəlxalq Dəmir Yolu Komitəsi (CİT) və İran Dəmir Yollarının nümayəndə heyətləri iştirak edir.

Tədbirin açılış mərasimində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov, “Gürcüstan Dəmir Yolu” SC-nin sədr müavini Quram Quramişvili, Türkiyə Dövlət dəmir yolları yük daşımaları Departamentinin beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi xanım Nevin Kayqısız çıxış ediblər.

İki gün davam edəcək seminarda “TRACECA regionunda dəmir yolu nəqliyyatının perspektivləri” (məruzəçi TRACECA Hökumətlərarası Komissiyasında Azərbaycanın milli katibi, Daimi Katibliyin Azərbaycanda daimi nümayəndəsi Akif Mustafayev), “OTIF və KOTIF, üstünlüklər və əlavə dəyərlər” (OTIF-in baş katibi Fransua Davenne), “Lüksemburq Dəmir Yolu Protokolu dəmir yolu sənayesini necə dəyişəcək” ("Rail Working Group"un sədri Hovard Rozen), “Yeni üzv ölkə kimi Azərbaycan üçün vacib olan tərəflər” (OTIF-in hüquq bölməsinin əməkdaşı Eva Hammerşmidova), “Yeni üzv ölkə kimi Ukraynanın praktiki təcrübəsi” ("Ukrzaliznytsya" SC-nin kommersiya şöbəsinin direktoru Yuriy Merkulov), “Beynəlxalq yük daşınmalarına dair Qaydalar” (OTIF-in baş katibi F.Davenne), “Beynəlxalq yük daşımaları: CİM Dəmir Yol qaiməsi” (Beynəlxalq dəmir yol Komitəsi (CİT) baş katibinin müavini Erik Evtimov), “İran dəmir yolları tərəfindən CİM vahid qaydalarının tətbiqi” (İran Dəmir Yolları), “Beynəlxalq sərnişin daşımalarına dair Qaydalar” (OTİF-in hüquq bölməsinin əməkdaşı E.Hammerşmidova), “Dəmir yolu nəqliyyatı ilə sərnişin daşınmasının ümumi şərtləri: CIV PRR və CIV biletlər” (Beynəlxalq Dəmir Yolu Komitəsi (CİT) baş katibinin müavini Erik Evtimov), “RİD: Dəmir yolu ilə daşınan təhlükəli yüklərin beynəlxalq daşımalarına dair qaydalar” (təhlükəli yüklər üzrə bölmə rəhbəri Yohan Konrad), “RİD, CİM-in tətbiqi və CİV unifikasiya qaydaları” (Türkiyə Dövlət Dəmir Yolları Yük daşımaları Departamentinin beynəlxalq tarif və konvensiyalar icraedici bölməsinin rəisi N.Kayqısız), “COTIF və texniki aspektlər: Hərəkət tərkibi ilə bağlı beynəlxalq yüklərin harmonizasiyasının üstünlükləri” (OTIF-in texnoloji bölməsinin rəisi Bas Leermakers) mövzularında məsələlər müzakirə olunacaq. Hər seminarın sonunda qiymətləndirmə aparılcaq.

Son xəbərlər

Orphus sistemi