Yuxarı
    Bağlamaq

    Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatı ölkələri Nazirlər Müşavirəsinin sessiyası keçirilir

    Tədbirin ilk iki günündə işçi qruplarının iclasları keçiriləcək

    Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası işə başlayıb. Tədbirin birinci və ikinci iş günlərində işçi qruplarının iclasları keçirilir. Bunu "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. 

    Onun sözlərinə görə, iyunun 9-da isə dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə DYƏT ölkələri Nazirlər Müşavirəsinin sessiyası və Təşkilatın 60 illik yubileyinə həsr olunmuş iclas keçiriləcək.

    Qeyd edək ki, DYƏT 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan) dəmir yoluna rəhbərlik edən nazirlərin Nazirlər Müşavirəsində yaradılıb. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.

    DYƏT-in Əsasnaməsinə əsasən, bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.

    Azərbaycan 1993-cü ilin iyul ayından DYƏT-nın üzvüdür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi