Bakıda "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans keçirilib

Bakıda "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans keçirilib Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün Baku Expo Centerdə “Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib. 
İnfrastruktur
29 Noyabr , 2017 14:29
Bakıda Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda konfrans keçirilib
Report/ Elshan Baba

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu gün "Baku Expo Center"də “Daşınmaz Əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib. 

“Report” xəbər verir ki, konfrans açılış və işçi sessiyası olmaqla iki hissədən ibarət olub.

Tədbirdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə, ƏMDK sədri Kərəm Həsənov, Belarus Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev, Dubay Daşınmaz Əmlak Departamentinin Daşınmaz əmlak üzrə investisiyaların idarə edilməsi və təşviqi Mərkəzinin baş direktoru Məcid Saqer əl-Marri iştirak ediblər. 

Konfransa həmçinin 14 ölkədən, o cümlədən, Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Birləşmiş Krallıq, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən olan dövlət qurumlarının, eləcə də xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici qurumların 100-dən çox nümayəndəsi qatılıb.

Komitənin açıqlamasına görə, tədbirin məqsədi daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə, o cümlədən Azərbaycanda daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır: “Eyni zamanda, beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir. Həmçinin, ölkəmizdəki özəlləşmə imkanlarının və perspektivlərinin nümayişi, yerli və xarici investror kütləsinin özəlləşmə prosesinə cəlb edilməsi də tədbirin məqsədlərindəndir”.

Tədbiri giriş sözü ilə açan ƏMDK sədri K.Həsənov bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar fonunda daşınmaz əmlak idarəçiliyi və özəlləşdirilmə sahəsində də mühüm tədbirlər reallaşdırılmaqdadır: “Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyi ötən ilə nisbətən 2 pillə yaxşılaşaraq 37-ci yerdən 35-ci sıraya yüksəlmişdir. Azərbaycan “Doing Business 2018” hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb”.

Komitə sədri deyib ki, özəlləşdirmə proseslərini əhatə edən 36 elektron xidmət əhalinin istifadəsinə verilib: “Özəlləşdirmə Portalı vasitəsilə özəlləşməyə çıxarılan dövlət əmlakı barədə bütün iqtisadi və maliyyə göstəricilərini özündə ehtiva edən geniş spektrlı məlumatlar təqdim olunur. Portala baxış sayı artıq 1 milyonu ötüb. İctimaiyyətin, media nümayəndələrinin sərbəst iştirakı ilə müasir yanaşmalar əsasında 60-a yaxın hərrac keçirilib. Bu hərraclarda 1 400-dən artıq dövlət əmlakı özəlləşməyə çıxarılıb”.

Xatırladaq ki, konfrans Əmlak Məsələləri Dövlət Komitəsi, Türkiyənin “Elan-Ekspo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı ilə noyabrın 28-30-da Bakıda təşkil olunan “Beynəlxalq daşınmaz əmlak və investisiya" (RecExpo-2017) sərgisi çərçivəsində keçirilib.

Son xəbərlər

Orphus sistemi