Yuxarı

Bakıda "Daha təkmil statistika - daha təkmil həyat" adlı konfrans keçirilib

Azərbaycanda statistika sahəsində görülən işlərdən danışılıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakıda Ümumdünya Statistika Günü ilə əlaqədar "Daha təkmil statistika-daha təkmil həyat" adlı konfrans öz işinə başlayıb."Report"un verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov son illər Azərbaycanda statistika sahəsində görülən işlərdən danışıb.

Daha sonra statistika sahəsində görülən işləri əks etdirən videoçarx nümayiş edilib.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və başqa rəsmi şəxslərin iştirak etdiyi tədbirdə bir sıra digər qonaqlar çıxış ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi