Bakıda daha iki küçənin bir hissəsi təmir edilib

Bakıda daha iki küçənin bir hissəsi təmir edilib Ərazidə köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib
İnfrastruktur
7 Sentyabr , 2016 15:49
Bakıda daha iki küçənin bir hissəsi təmir edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda Həsən Məcidov və Nizami rayonunda Nəsimi küçələrinin bir hissəsi təmir edilib. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərdə bildirilir ki, Nəsimi küçəsinin Qara Qarayev prospekti ilə kəsişmədən Məmmədəli Şərifli küçəsi ilə kəsişməyədək olan hissəsində (təqribən 600 metr) təmir işləri aparılıb. Küçəni eni təxminən 13 metrdir.

Təmir işləri çərçivəsində yolun 7 850 kv.m ərazisində köhnə asfalt-beton örtüyü tam olaraq yenilənib, mövcud səkilər bərpa olunaraq asfaltlanıb, kənarlarına 1 135 poqon metr yeni səki daşı düzülüb, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenisi ilə əvəz olunub. Bundan başqa, zəruri olan yerlərdə yol nişanları qoyulub, piyada zolaqları çəkilib və yolun üfiqi nişanlama xətlərinin çəkilişi işləri aparılıb.

Analoji işlər H.Məcidov küçəsində də aparılıb. Bu küçənin Həsənbəy Zərdabi və Zahid Xəlilov küçələri arasında yerləşən təqribən 200 metrlik hissəsi təmir olunub. Sözügedən küçənin 5 min kv. m sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Qeyd edək ki, Həsən Məcidov küçəsinin eni 25 metr təşkil edir.

Son xəbərlər

Orphus sistemi