Bakı. 7 oktyabr. REPORT.AZ/
Cəmiyyətdən "Report"a verilən məlumata görə, M.Əliyev küçəsinin təmir olunan hissəsi Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında yerləşir. Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1 375 metr, eni isə 26,5 metrdir. Burada təmir işləri kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır. Kompleks halında aparılan təmir-tikinti işləri gələcəkdə yolun hərəkət hissəsinin vaxtından əvvəl sıradan çıxmasını sığortalamış olacaq.
Hazırda M.Əliyev küçəsində yolun hərəkət hissəsi yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Bunun üçün köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınır. Ümumilikdə, küçənin 36 500 kv. metr sahəsinin asfaltlanması nəzərdə tutulub.
Buna paralel olaraq köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi, zəruri olan yerlərə səki daşlarının düzülməsi prosesi də həyata keçirilir. Küçə boyu 1 700 paqon metr yeni səki daşının düzülməsi planlaşdırılır.
Təmir-tikinti işləri çərçivəsində küçə boyu piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səki salınacaq, yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi yaradılacaq, yeni yağış barmaqlıqlar qoyulacaq.