Bakıda daha bir yolun təmirinə başlanıb

Bakıda daha bir yolun təmirinə başlanıb "Azəravtoyol" Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində təmir işlərinə başlayıb
İnfrastruktur
5 May , 2016 15:13
Bakıda daha bir yolun təmirinə başlanıb

Bakı. 5 may. REPORT.AZ/ “Azəravtoyol” ASC Bakı şəhərinin Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində təmir işlərinə başlayıb. Yol təsərrüfatı orqanından "Report"a daxil olan məlumata görə, uzunluğu 3,7 km, eni isə 27,5 metr olan küçədə təmir-tikinti işləri aparılır. Küçə hər bir istiqamətdə 2 olmaqla, 4 hərəkət zolağından ibarətdir.

Təmir-tikinti işləri çərçivəsində hazırda küçə boyu hazırda köhnə səki daşlarının sökülməsi işləri aparılır. Söküntü işləri yekunlaşandan sonra küçəyə 8 min poqonmetr yeni səki daşlarının düzülməsi və köhnə asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Ümumilikdə küçənin 100 min kv. m-dən çox ərazisinin asfaltlanması nəzərdə tutulub.

Bundan başqa, yoldan səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş mövcud yağış-kanalizasiya sistemi tam işlək vəziyyətə salınacaq, yağış barmaqlıqları yenilənəcək, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, yeni baxış qapaqları qoyulacaq. Sakinlərin rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə mövcud piyada səkiləri bərpa olunaraq asfaltlanacaq.

Qeyd edək ki, R.Rüstəmov küçəsi Mikayıl Əliyev küçəsi ilə kəsişmədən başlayaraq, Bəkir Çobanzadə küçəsi və Qara Qarayev prospektlərindən keçərək Sabunçu rayonu Ramiz Qəmbərov küçəsinədək (Bakıxanov qəsəbəsinə düşən yol) uzanır.

Son xəbərlər

Orphus sistemi