Bakıda daha bir yolun təmiri başa çatıb

Bakıda daha bir yolun təmiri başa çatıb Hazırda paytaxtın bir-neçə küçə və prospektlərində təmir-tikinti işləri aparılır
İnfrastruktur
9 Sentyabr , 2015 10:52
Bakıda daha bir yolun təmiri başa çatıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxan Bakı şəhəri Binəqədi rayonunun Abay Kunanbayev küçəsi təmir olunaraq sürücülərin ixtiyarına verilib.

Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burada zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Daha sonra küçənin 6,3 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb.

Məlumatda qeyd olunub ki, hazırda paytaxtın bir-neçə küçə və prospektlərində də bu çərçivədə təmir-tikinti işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi