​Bakıda daha bir yolda təmir işlərinə başlanılıb

​Bakıda daha bir yolda təmir işlərinə başlanılıb "Azəryolservis" Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlayıb
İnfrastruktur
15 Aprel , 2015 18:49
​Bakıda daha bir yolda təmir işlərinə başlanılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb. Hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən bildirilib.

Məlumata görə, nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək. Yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Ə.Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq. 

Hazırda tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyəti qurumlarla birgə işlər aparılır.

Son xəbərlər

Orphus sistemi