Bakıda daha bir yolda təmir aparılır

Bakıda daha bir yolda təmir aparılır Təmir işləri aparılan küçələr hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanır
İnfrastruktur
19 Sentyabr , 2015 11:06
Bakıda daha bir yolda təmir aparılır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bakı şəhərinin Binəqədi rayonunda S.S.Axundov küçəsinin A.Kunanbayev küçəsi ilə kəsişməsindən Mərkəzi Seçki Komissiyasının binasının qarşısınadək olah hissəsində, Ə.Rəcəbli küçəsinin isə C.Xəndan və S.S.Axundov küçələri arasındakı olan hissəsində təmir-tikinti işləri aparılır.

"Azəryolservis" ASC-dən "Report"a verilən məlumata görə, təmir işləri aparılan müddətdə sözügedən küçələr hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti olaraq bağlanır.

Qeyd edək ki, S.S.Axundov küçəsinin təmir aparılan hissəsinin uzunluğu 1 120 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13,5 metrdir. Burada uzun müddətdir ki, təmir işləri aparılmadığına görə, yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Bu isə həm nəqliyyat vasitələrinin, həm də piyadaların rahat və maneəsiz şəkildə hərəkətində çətinlik yaradırdı. Məhz bütün bunlar nəzərə alınaraq sözügedən küçədə təmir işlərinə start verilib.

Təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14,5 min kv. metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Anoloji işlər Ə.Rəcəbli küçəsinin C.Xəndan və S.S.Axundov küçələri arasındakı olan hissəsində də aparılır. Burada təmir olunan ərazinin uzunluğu 522 metr, yolun hərəkət hissəsinin eni isə ortalama 13 metrdir. Təmir-tikinti işləri çərçivəsində sözügedən küçənin 6,7 min kv. metr sahəsinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi