​Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

​Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb Saat 16:30-dan etibarən həmin küçədə təmir işlərinə başlanılıb
İnfrastruktur
5 Mart , 2015 17:51
​Bakıda daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Bakı. 5 mart. REPORT.AZ / I Avropa Oyunlarına hazırlıq dövründə nəqliyyat-yol kompleksi üzrə nəzərdə tutulan işlər çərçivəsində Bakı şəhərinin Mikayıl Əliyev küçəsində təmir işləri aparılır.

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gün saat 16:30-dan etibarən Milli Gimnastika Arenasının qarşısından Mehdi Abbasov küçəsi ilə kəsişmədə yerləşən dairə daxil olmaqla nəqliyyatın hərəkəti tam dayandırılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəriPünhan Mürsəliyev "Report"a bildirib ki, təmir işləri axşam saat 23:00-24:00 radələrində başa çatdırıldıqdan sonra bağlanan hissənin açılması gözlənilir: "Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur".

Son xəbərlər

Orphus sistemi