Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır Xətai rayonunun Telnov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
İnfrastruktur
10 May , 2016 09:51
Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır

Bakı. 10 may. REPORT.AZ/ Bu gün, günorta saatlarından etibarən təmir işləri ilə əlaqədar Bakı şəhəri Xətai rayonunun Telnov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə "Azəravtoyol" ASC məlumat yayıb.

"Hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq olunacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçməsi tövsiyə olunur", - deyə şirkətdən bildirilib. 

Son xəbərlər

Orphus sistemi