Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır

Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır Məhdudlaşdırma avqustun 13-14-də həyata keçiriləcək
İnfrastruktur
12 Avqust , 2015 17:09
Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılır

Bakı. 12 avqust. REPORT.AZ/ Bakı şəhərinin iki böyük prospekti, Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq burada nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Azəryolservis” ASC-dən “Report”a verilən məlumata görə, nəqliyyatın hərəkətinin hissə-hissə məhdudlaşdırılması küçənin asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədardır və avqustun 13-14-də həyata keçiriləcək. Göstərilən müddət ərzində sürücülərdən alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, uzunluğu 1 070 metr, ortalama eni 16 metr olan küçədə yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilib, xəndəklər bərpa olunub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Ümumilikdə, küçənin 19,5 min kv. metr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.

Bundan başqa, N.Rəfiyev küçəsində köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də aparılıb. Təqribən küçəyə 2 200 paqon metr yeni səki daşı düzülüb. Təmir işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları dəyişdirilib.

Son xəbərlər

Orphus sistemi