​Bakıda daha bir yol təmirə bağlanır

​Bakıda daha bir yol təmirə bağlanır Yolun bağlanması qısa müddətə nəzərdə tutulub və təmir işləri ilə əlaqədardır
İnfrastruktur
21 İyul , 2016 17:40
​Bakıda daha bir yol təmirə bağlanır

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 22-dən 23-nə keçən gecədən etibarən Bakının Qara Qarayev prospektinin Rüstəm Rüstəmov (Neftçilər metrosu) və Bəhruz Nuriyev (“Laçın” ticarət mərkəzi) küçələri arasında yerləşən hissəsi avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

Bu barədə "Report"a "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Məlumata görə, yolun bağlanması qısa müddətə nəzərdə tutulub və təmir işləri ilə əlaqədardır. Sürücülərdən bunu nəzərə alaraq öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmək tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi