Bakıda daha bir piyada keçidinin tikintisinə başlanılıb - VİDEO

Bakıda daha bir piyada keçidinin tikintisinə başlanılıb - VİDEO Sözügedən piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq
İnfrastruktur
16 Dekabr , 2016 15:21
Bakıda daha bir piyada keçidinin tikintisinə başlanılıb - VİDEO

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı şəhəri Yasamal rayonunun Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb. 

“Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən “Report”a bildirilib ki, yeraltı olacaq piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir.

“Azəravtoyol”un “Azəryolelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən, iki giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 metr olacaq. Buraya keçidin 21,9 metr uzunluğunda olan pilləkan hissələri və 35,2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3,2 metr olacaq. Keçid xidməti otaq və təhlükəsizlik kameraları ilə təchiz olunacaq.

"Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarının keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir" - şirkətdən bildirilib.

Qeyd edək ki, keçiddə fiziki qüsurli insanların hərəkəti üçün panduslar da quraşdırılacaq.

Son xəbərlər

Orphus sistemi