Yuxarı

​Bakıda daha bir neçə avtobus marşrutu dəyişdirilib

Bu yenilik nəqliyyat sıxlığının azaldılması məqsədilə reallaşdırılıb

Bakı. 13 may. REPORT.AZ/ Bakı və şəhərətrafı marşrut avtobus xətlərində aparılan təkmilləşdirmə işləri, həmçinin iyunda keçiriləcək I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyatın sıxlığının azaldılması məqsədilə bir sıra nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilib. "Bakı Sərnişin Nəqliyyatı" MMC-dən "Report"a verilən məlumata görə, 175 nömrəli marşrut xəttində dəyişiklik edilərək xətt qısaldılaraq hərəkət "H.Aslanov" metro stansiyasından təşkil edilib. 155 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti "Azadlıq" m/st, 165 nömrəli marşrut xətti - "Azadlıq" m/st, 207 nömrəli marşrut xətti - Ziya Bünyadov-Yeni Yasamal-Dairəvi yol-"Binə" Ticarət Mərkəzi istiqamətində təşkil edilib.

Habelə, 120 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “28 May” m/st.-Neftçilər pr-ti - Bayıl qəsəbəsi, 20-ci sahəyə qədər, 124 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti Lökbatan qəsəbəsi- "Binə" və "Sədərək" T/M-ləri - 20-ci sahəyə qədər, 193 nömrəli marşrutda hərəkət “Yeni Avtovağzal”-“20 Yanvar” m/st.-Mətbuat pr-ti - Müşviq küç.-Maşın bazarı- Dairəvi Yol-"Binə" T/M-nə təşkil edilib.

Qeyd edək ki, 14, 20, 53, 86, 90 və 188 nömrəli marşrut xətləri təkrarlanan xətlər olduğu üçün fəaliyyəti dayandırılıb, 2 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti "Bakı" kinoteatrı-Gəncə pr-ti - Nobel pr-ti - “Xətai” m/st-na qədər təşkil edilib, 70 nömrəli marşrutun hərəkəti “Azərsu Tikinti” Xəstəxanası-M.Hadi küçəsi- Q.Qarayev pr-ti-“Neftçilər” m/st-na qədər, 24 nömrəli marşrut 14 nömrəli marşrut xəttinin son dayanacağına (Çermet körpüsünə) qədər, 29 nömrəli marşrut xətti 86 nömrəli marşrut xəttinin son dayanacağına (9 mkr., H.Babaşov abidəsinin yaxınlığına) qədər uzadılıb. 83 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilərək 90 nömrəli marşrutun xətti ilə Biləcəri qəsəbəsi, dəmiryol stansiyasına kimi, 95 nömrəli marşrut xəttində dəyişiklik edilərək hərəkəti “H.Aslanov” m/st. - Nobel pr-ti - Senyuşkin küç. - Mehdizadə küçəsinin əks istiqamətində Nobel pr-ti və mövcud xətlə təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi