Yuxarı

​Bakıda daha bir mərkəzi küçənin təmirinə başlanılıb

Süleyman Rüstəmov küçəsinin köhnə asfalt-beton örtüyü qaşınıb çıxarılır

Bakı. 5 mart. REPORT.AZ/ Bu gündən etibarən Bakı şəhərində Süleyman Rüstəmov küçəsinin təmirinə start verilib. Bu, I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin nəzərdə tutduğu tədbirlərin icrası çərçivəsində həyata keçirilir.

Bunu "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda uzunluğu 220 metr, eni isə 14 metr təşkil edən küçədə köhnə asfalt-beton örtüyünün frez mexanizmi vasitəsilə qaşınıb çıxarılması işləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi