Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdirilib

Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdirilib Dəyişiklik 63 saylı marşrut avtobusunun hərəkət istiqamətinə şamil edilib
İnfrastruktur
11 Oktyabr , 2015 21:53
Bakıda daha bir marşrutun hərəkət istiqaməti dəyişdirilib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Sərnişindaşıma sahəsində optimallaşdırılma işləri davam etdirilir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən "Report"a verilən məlumata görə, 12 oktyabr 2015-ci il tarixindən paytaxtda 63 saylı (əvvəlki 6 saylı) marşrut avtobusunun hərəkət istiqamətində dəyişiklik edilib.

Marşrut avtobusu əvvəllər Oksford məktəbi- Elmlər Akademiyası m/s – Bakıxanov küç. – Həsən Əliyev küç. – Gənclik (5 saylı xəstəxana) – Ağa Nemətulla küç. – F. Xoyski küç. – Montin bazarı istiqamətində hərəkət edirdisə, sabahdan etibarən Oksford məktəbinin qarşısından Gənclik m/s-nın yaxınlığına kimi fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi