Yuxarı

Bakıda daha bir küçədə təmir işləri başa çatıb - VİDEO/FOTO

Küçə yeni  görkəmdə vətəndaşların istifadəsinə verilib

Bakı. 14 aprel. REPORT.AZ/ “Azəravtoyol” ASC Xətai rayonu İlqar Zülfüqarov küçəsində texnoloji ardıcıllığa riayət olunmaqla təmir işlərini aparıb. Küçə yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək əvəzinə 2 min p/m yeni səki daşları düzülüb. Köhnə asflat-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Daha sonra 2 qat olmaqla təqribən 7 min kvad.m sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa, mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi