Bakıda daha bir küçədə təmir işləri başa çatıb - VİDEO/FOTO

Bakıda daha bir küçədə təmir işləri başa çatıb - VİDEO/FOTO Küçə yeni görkəmdə vətəndaşların istifadəsinə verilib
İnfrastruktur
14 Aprel , 2016 09:05
Bakıda daha bir küçədə təmir işləri başa çatıb - VİDEO/FOTO

Bakı. 14 aprel. REPORT.AZ/ “Azəravtoyol” ASC Xətai rayonu İlqar Zülfüqarov küçəsində texnoloji ardıcıllığa riayət olunmaqla təmir işlərini aparıb. Küçə yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, küçənin uzunluğu 1 kilometr, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçə boyu köhnə səki daşları sökülərək əvəzinə 2 min p/m yeni səki daşları düzülüb. Köhnə asflat-beton örtüyünün üst qatı qaşınaraq ərazidən daşınıb. Daha sonra 2 qat olmaqla təqribən 7 min kvad.m sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib. Bundan başqa, mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanıb.

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi