Yuxarı
    Bağlamaq

    Bakıda daha 6 marşrut xətti üzrə avtobuslar elektron ödəmə sisteminə keçəcək

    Dayanacaqlarda “BakıKart” və “Milliön” terminalları quraşdırılıb

    Bakı. 16 avqust. REPORT.AZ/ “Xaliq Faiq oğlu” MMC şirkətinin 18, 61, 65, 79, 85, 96 saylı xətt üzrə hərəkət edən avtobusları sentyabrın 1-dən “BakıKart” elektron ödəmə sisteminə keçəcək.

    “Report” xəbər verir ki, həmin tarixdən bu avtobuslarda nağd ödəniş qəbul olunmayacaq. Bu marşrutların hərəkət istiqaməti üzrə bütün dayanacaqlarda artıq “BakıKart” və “Milliön” terminalları quraşdırılıb.

    Qeyd edək ki, yaxın gələcəkdə şirkətin istismarında olan bütün xətlər üzrə avtobuslar elektron ödəniş sisteminə keçəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi